İran və Rusiya hərbi təlimlərə başlayır -
Məkan və tarix açıqlandı
Rusiya, İran və Çinin Bəsrə körfəzində birgə hərbi təlimlər keçirəcəyi bildirilib.
Bu barədə Rusiyanın Tehrandakı səfiri Levon Caqaryan açıqlama verib.
Caqaryan Rusiyanın 2021-ci ilin sonu və ya 2022 -ci ilin əvvəlində körfəzdə İran və Çin donanmaları ilə birgə dəniz təlimləri keçirəcəyini deyib.
Rusiya səfiri qeyd edib ki, üç ölkənin hərbi gəmilərinin iştirak edəcəyi təlimin əsas məqsədi beynəlxalq dəniz təhlükəsizliyini təmin etmək və dəniz quldurluğuna qarşı mübarizə aparmaqdır.
İran, Rusiya və Çin donanmaları bundan əvvəl Hind okeanında birgə hərbi təlimlər keçirmişdi.
Oxunub: 289
Xəbəri paylaş
Paylaş: