Paşınyan ölən ermənilərin sayını açıqlayıb -
3773 ölü və 243 itkin düşən
İkinci Qarabağ Müharibəsində erməni tərəfindən 3773 nəfər ölüb, 243 hərbi qulluqçu itkin düşüb. Bu barədə avqustun 24-də parlamentdə çıxış edən Ermənistanın baş naziri Nikol Paşınyan deyib.
O bildirib ki, hökumətin 2021-2026-cı illərdə fövqəladə şəraitdə planını təqdim edir: əsirlərin, minlərlə köçkünün olması, sosial-iqtisadi böhran, Ermənistan və Qarabağın artan təhlükəsizlik problemləri və pandemiya.
"Qısamüddətli, ortamüddətli və strateji perspektivdə problemlərin həll yollarını göstərmək lazımdır, çünki Ermənistan taleyüklü dönüş mərhələsindədir", - deyə o bildirib.
Qeyd edək ki, Ermənistanda qeyri-rəsmi mənbələr ölən erməni əsgərlərinin sayının 5 mindən 7 min nəfərə qədər olduğunu göstərir.
Oxunub: 310
Xəbəri paylaş
Paylaş: