Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI - 
    QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI -  "Dünya üçün böyük bir gündür" /FOTO
  • 
  • İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb -
    İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO
  • 
  • Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...-
    Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...- VİDEO
  • 
  • Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
    Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
  • 
  • Ərdoğan pilota "geri dönün" əmri verib - 
    Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
  • 
  • ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var -
    ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
  • 
  • Qohumla evlənmək üçün...
    Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
  • 
  • Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
    Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
  • 
  • Ərdoğan Misirdə!
    Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
  • 
  • İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü -
    İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
  • 
  • Misir Prezidenti İlham Əliyevi belə qarşıladı -
    Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
  • 
  • “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
    Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
  • 
  • Deputat partiyadan çıxarılıb -
    Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
  • 
  • "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-
    "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
  • 
  • Tehran küçələrində hicabsız qadınlar -
    Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
  • 
  • Prezident dəmir yolu işçilərini təltif etdi -
    Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
  • 
  • Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
    Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
  • 
  • Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
    Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
  • 
  • Müdafiə Nazirliyi məlumat yaydı:
    Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
  • 
  • Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
    Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
  • 
  • BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ -
    BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • HƏDƏ-QORXU İLƏ KÜLLİ MİQDARDA ƏMLAK VƏ PUL ƏLƏ KEÇİRİBLƏR...- MTN generallarının həbsinin səbəbi açıqlandı
  • İki generaldan sonra Eldar Mahmudovun həbsi qaçılmazdır - Ekspert
  • SABİQ DEPUTAT HƏBS OLUNA BİLƏR - Mahmudova yaxın bankirin ölkədən çıxışı yasaqlanıb
  • Eldar Həsənovun biznes ortağı həbs olundu
  • Alimpaşa Məmmədovu hansı cəza gözləyir?
  • “MAHMUDOVÇU”LARIN YENİ HƏBS DALĞASI BAŞLAYIB...- Sıra Eldar Mahmudovun “qara bankir”inə də çatacaq?

    • Tarix: 24-08-2021, 11:03



    2015-ci ilin oktyabrında Eldar Mahmudov vəzifəsindən çıxarılandan sonra 22 “mahmudovçu” istintaqa cəlb edilmişdi. Sonradan onlar barəsində ittihamedici hökm çıxarılmaqla müxtəlif müddətlərə azadlıqdan məhrum edildilər.

    Belə fikir formalaşmışdı ki, “MTN işi” bu həbslərlə məhdudlaşacaq. Amma belə olmadı. Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisləri, generallar Mövlam Şıxəliyev və Nizami Şirinov Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə, sübutları saxtalaşdırma, ağırlaşdırıcı hallarda rüşvət alma, ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui istifadə etmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham edilərək 2021-ci ilin aprelində həbsə alındılar. Son zamanlar həbs edilənlər birbaşa Eldar Mahmudovun ən yaxın çevrəsinə daxil olanlardır.

    Eldar Mahmudov “vurulandan” sonra da Çingiz Əsədullayevlə əlaqələrini kəsməyib

    Bu arada “Azəriqazbank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayevin də yenidən istintaqçıların diqqət mərkəzinə düşməsi xəbəri var.
    Belə ki, “MTN işi” araşdırıldığı müddətdə və iş üzrə məhkəmələr dönəmində Çingiz Əsədullayevin adı cinayət işinin materiallarından əskik olmayıb. Lakin ən müxtəlif kanallarla Çingiz Əsədullayev həbsdən qurtulmağı bacarıb. İndi isə vəziyyət dəyişib. İstintaq addım-addım Eldar Mahmudova istiqamətlənmək üzrədir. 



    Onun ən yaxın çevrəsindən Mövlam Şıxəliyev, Nizami Şirinov qandallanandan sonra Sahib Ələkbərovun da yaxası istintaqçıların əlinə keçdi. Çingiz Əsədullayevin həbsi Eldar Mahmudovun “qara pul” əməliyyatlarının böyük hissəsinin üzərinə işıq tuta bilər. Təsadüfi deyil ki, Eldar Mahmudov “vurulandan” sonra da Çingiz Əsədullayevlə əlaqələrini kəsməyib. “MTN işi”nin ən qızğın vaxtlarında, Eldar Mahmudov sıx nəzarət altında olduğu günlərdə belə Çingiz Əsədullayevlə təmasda olub.

    “MTN işi”nin ili çıxmamış...

    Hətta “MTN işi”nin ili çıxmamış, “mahmudovçu”lar istintaq altında ah-zar etdikləri günlərdə, 2016-cı ilin sentyabrında Eldar Mahmudov Çingiz Əsədullayevin oğlunun “Böyük Saray” şadlıq evindəki toyuna qatılmışdı. Çingiz Əsədullayevin Eldar Mahmudovu maşınına qədər ötürməsi də diqqətdən yayınmamışdı.

    Azərbaycan məhkəmələrində bankir Əsədovla nazir Mahmudovun Azərbaycandan milyardlarla ölçülən pulları çıxarmaları, xaricdəki hesablara yatırmaları haqda ifadələr, sənəd-sübutlar üzə çıxıb. 2020-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Çingiz Əsədullayevin bank saxtakarlığında rolu üzə çıxmışdı. 

    Məlum olmuşdu ki, Əsədullayev rəhbəri olduğu “Azəriqazbank”da (AGbank) dostuna saxta qızıllar girov qoyaraq külli miqdarda kredit götürmək üçün şərait yaradıb. Bank rəhbərliyi dəyişəndən sonra Əsədullayev və dostunun işinin üstü açılıb. Bundan sonra Eldar Yunis oğlu Səmimi istintaqa cəlb olunaraq Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham elan edilmişdi.



    Çingiz Əsədullayev banka pul yatıran müştərilərin etibarından sui-istifadə edir

    Cinayət işinin materiallarında dələduzluq hadisənin bir çox ilginc məqamları yer alırdı. Məlum olmuşdu ki, Çingiz Əsədullayev banka pul yatıran müştərilərin etibarından sui-istifadə edir, pulları saxta brilyant, qızıl sikkələr, antik qızıl əşyalar girov götürməklə dost-tanışına paylayır. Əmanətlər beləcə pay-puş edilirmiş.

    Belə işlərdən biri də Çingiz Əsədullayevin dostu Eldar Səmimi ilə bağlı araşdırılmışdı. İttihama görə Eldar Səmimi saxta qızıl-zinət əşyaları müqabilində böyük məbləğdə kredit ötürüb. O, bu krediti götürmək üçün “Azəriqanbank”a əmanətçilərin pulları müqabilində saxta qızıl-zinət əşyaları qoyub. 

    İttihamda yazılırdı ki, bankdan külli miqdarda kredit götürən Eldar Səmimi lombard açaraq biznes fəaliyyəti göstərib. Lakin işləri yaxşı getmədiyi üçün krediti ödəyə bilməyib. Bankın rəhbərliyi dəyişən zaman araşdırma aparılıb və Eldar Səmiminin banka qoyduğu qızılların bir çoxunun saxta olduğu üzə çıxıb. 

    63 yaşlı Eldar Səmimi 1985-ci ildə Azərbaycan İqtisad Universitetinin maliyyə-kredit fakültəsini bitirib. 1993-cü ildə “Azəriqazbank” təsis edildikdən sonra 2 ilə yaxın bankın müşahidə şurasının sədri olub. Həmçinin bankın həmtəsisçilərindən biri idi. Daha sonra “Azərbaycan Beynəlxalq Bankı”nda və “Mostbank”da da çalışıb. 1999-cu ildə Moskvaya gedərək orada banklardan birinin idarə heyətinin sədr müavini kimi çalışıb. 

    2010-cu ildə isə Azərbaycana qayıdıb və bir müddət Dövlət Sosial Müdafiə Fondunda çalışıb. Eldar Səmimi 2012-ci ildə “Təzə bazar” yaxınlığında icarəyə yer götürərək lombard işlətməyə başlayıb. Lombard üçün Eldar Səmimi “AGbank”dan bir neçə dəfə kredit götürüb. Yarım milyon manata yaxın kredit götürən Eldar Səmimi borcunu ödəyə bilməyib.
    Faizlərlə birlikdə onun borcu 700 min manatı ötüb. Eldar Səmimi borcunu ödəyə bilmədiyi üçün bank tərəfindən məhkəməyə verilib. Məhkəmə qərar verib ki, onun banka girov qoyduğu qızıl-zinət əşyaları müsadirə edilərək borcuna yönləndirilsin.



    Elə Eldar Səmiminin cinayət işinin üstü də bu zaman açılıb. Bank tərəfindən qızıl zinət əşyalarının qiymətləndirilməsi aparılan zaman məlum olub ki, banka qoyulan əşyaların bəziləri qızıl deyilmiş. Müəyyən edilib ki, Eldar Səmiminin banka girov olaraq qoyduğu 2 ədəd xəritə tablosu, xəncər, qılınc və portret qızıldan deyil.

    “Qiymətləndirmə Xidmət Mərkəzi” MMC-nin əməkdaşları tərəfindən müəyyən edilib ki, yuxarıda adı çəkilən əşyaların sadəcə üz hissəsi qızıl olub. Lakin banka təqdim edilən zaman xalis çəki qızıl olaraq göstərilib və bununla da ayrılan kredit şişirdilib.

    İstintaq zamanı üzə çıxıb ki, Eldar Səmimi Çingiz Əsədullayevlə dostluq münasibətində olub, krediti də Əsədullayevin köməyi ilə alıb. Bank əməkdaşları Eldar Səmiminin təqdim etdiyi qızıl-zinət əşyalarını aşağı qiymətləndirən zaman o, bankın rəhbərliyinə müraciət edib və məsələni öz xeyrinə həll etdirə bilib. Hətta elə zaman olub ki, onun bankda girov kimi təqdim etdiyi əşyalar qiymətləndirilməyib. Bu göstərişi də Çingiz Əsədullayev verib.

    Eldar Səmimi bəraət aldı, Çingiz Əsədullayevin əməli araşdırılmamış qaldı!

    Lakin məhkəmə istintaqı zamanı məlum oldu ki, Eldar Səmimi banka saxta deyil, saf qızıl-zinət əşyaları qoyub. Qeyri-səmimilik isə Çingiz Əsədullayevin bankında baş verib. Məhkəmə Eldar Səmimiyə bəraət versə də, Çingiz Əsədullayevlə bağlı hər hansı bir tədbir görülməmişdi. Təkcə bu işdə deyil, Çingiz Əsəbullayevin adı ölkədən 5 milyard 500 milyon manat çıxarılması işinə də qarışıb.

    5.5 milyardı ölkədən taksi sürücüsü ilə təkərqaraldan qaçırıb?

    Bu iş üzrə həbsə göndərilənsə, taksi sürücüsü ilə təkərqaraldan olub! Hər kəsə gün kimi aydındır ki, “AGbank”ın Xətai filialında filiala heç bir formada aidiyyəti olmayan şəxslər özlərinə ayrıca kabinet götürüb, oradan xaricdəki hesablara milyardlar ötürə bilməzdilər. Bunun üçün icazə verənlər sırasında ilk yerlərdə Çingiz Əsədullayevin adı gəlir.

    Məhkəmə qarşısına Malik Əliyev və Rüfət Vəliyev çıxarılmışdı. Onlar ölkədən 5 milyard 500 milyon manat nağd pul çıxarmaqda suçlanaraq həbs edilmişdilər. Məlum olmuşdu ki, həmin pullar Eldar Mahmudova məxsus olub. Milyardların böyük bir hissəsi Çingiz Əsədullayevin rəhbəri olduğu “AGbank” vasitəsi ilə ölkədən çıxarılıb.

    5 milyard 500 milyonun izi Çingiz Əsədullayevin bankında necə itdi?

    Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Vidadi Əliyev şahid qismində ifadə vermişdi. Demişdi ki, o, onu işə Malik Əliyev dəvət edib. Əvvəllər o, Malik Əliyevlə bank sahəsində işləyib: “İşsiz idim. O da məni işə dəvət elədi. Mənə dedi ki, işim pulları saymaq və saxta olub-olmamasını yoxlamaqdır”.



    Kassir işləyən Vidadi Əliyev də suallara cavabında deyib ki, işi sadəcə pulları mədaxil etmək olub. O deyib ki, pulların ölkədən çıxarılmasından xəbəri olmayıb.

    Elə gün olub ki, 100 milyona yaxın məbləğ mədaxil edilərək götürülüb!

    Hakim xatırladıb ki, cinayət işi materiallarında görünür ki, təkcə “Elektromaş” MMC-nin adına 2014-cü il 29 oktyabrında müxtəlif məbləğlərdə 10 milyona yaxın pul köçürülüb. Hakim həmin məbləğləri xatırladıb. 

    Məlum olub ki, təkcə həmin 1 gün ərzində müxtəlif zamanlarda 978 min, 97 min, 2 milyon, 234 min, 233 min, 363 min, 403 min, 931 min, 293 min, 390 min, 385 min, 765 min və digər məbləğlər mədaxil edilib. O da məlum olub ki, bəzi günlərdə hətta 100 milyona yaxın məbləğ mədaxil edilərək götürülüb.
    Məlumata görə, həmin məbləğlərin V.Əliyev tərəfindən götürülməsi və mədaxil edilməsi ilə bağlı sənəd də imzalanıb. Bütün bu əməliyyatlar “AGbank”ın ofisində baş verib. Malik Əliyevin rəhbərliyi ilə pullar nağdlaşdırılaraq ölkədən çıxarılıb. Bu əməliyyatlar 2013-cü ildən başlayaraq 2015-ci ilə - Çingiz Əsədullayevin hamisi Eldar Mahmudov vəzifədən çıxarılana qədər davam edib.
    2 il ərzində ümumi olaraq 5 milyard 500 milyon manat xaricdə olan ayrı-ayrı şirkətlərin hesablarına köçürülərək ölkədən çıxarılıb. Məbləğlər 9 ayrı şirkətin adına qəbul edilib. Bu şirkətlər də təqsirləndirilən şəxslərin adına açılıb.

    2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat...

    Təqsirləndirilən Malik Əliyev də bu işdə Əlican adlı Türkiyə vətəndaşının adını çəkmişdi.
    “Rüfəti tanıyırdım. Mənə dedi ki, türkiyəli bir iş adamının yanında işləyir. Mal gətirir, dövriyyəsi böyükdür. Bildirdi ki, pul köçürmə əməliyyatlarında problemlər olur. Mənə işləməyi təklif elədi. Həmin ərəfədə işsiz olduğum üçün razılaşdım. Bank işlərini bildiyim üçün bu işi qəbul elədim. 

    İlk maaşım 300 dollar idi. Sonra isə 1400 manat almağa başladım. Bizə “AGBank”ın Xətai filialında ofis verildi. Əməliyyatlar, pul köçürmələri orada həyata keçirilirdi. Mən müqavilələrin düzgün olub-olmadığını yoxlayırdım. İş çox olduğu üçün Vidadi, Ülkər və Arzunu da işə dəvət etdim. Onlar mənim əvvəlki iş yoldaşlarım idi”,- deyən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.
    O deyib ki, heç bir şirkəti olmayıb və bu işdə sadəcə ötürücü rolunu oynayıb. Malik Əliyev “Royalbank”ın 10 saylı filialının direktor müavini işləyib. M.Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib. 

    Bildirək ki, ittihama əsasən, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşüb. Ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu “AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb. 
    Rüfət Vəliyev özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib və guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib. Bunun üçün də bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib.
    A.Mövsümov onlar üçün “AGbank”ın Xətai filialında otaq ayırıb. M.Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib. İttihamda qeyd edilir ki, R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb.
    Sonra da xarici ölkələrin banklarındakı hesablara keçirilib. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği kompüter vasitəsilə yazaraq çap edib, M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.

    Rəsmi ittihama görə, M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konversiya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.

    Çingiz Əsədullayevin bu işdə rolu haqda fikir bildirməyiblər!

    Ümumi məbləğ 5 milyard 500 milyon manatdır. Qeyd edilən məbləğin təqsirləndirilən şəxsə aid olmadığı aydındır. Lakin məhkəmədə dəfələrlə sual verilsə də, onlar kimlərin pulunu ölkədən çıxardıqlarını, Çingiz Əsədullayevin bu işdə rolu haqda fikir bildirməyiblər.

    Mümkündür ki, bu adamlar kimlərin pullarının ölkədən çıxarılmasını bilməsinlər. Amma Çingiz Əsədullayevin günlük xaricə ötürülən 20-30 milyon manatın sahibinin kimliyindən xəbərsiz olması heç inandırıcı deyil.

    Bank kimi fəaliyyət göstərən şəbəkənin ölkədən çıxardığı pulların sabiq MTN naziri Eldar Mahmudova məxsus olması da kimsəyə sirr deyil. Digər cinayət işi üzrə istintaq sənədlərində Eldar Mahmudovun oğlu Anar Mahmudovun ofşor hesablara sahib olması barədə qeydlər var.



    30 milyon da Avropa Oyunlarına görə büdcədən ayrılıb və əlbəttə ki, Mahmudovun hesabında “itib”

    Eldar Mahmudovun yaxın adamı olan Sahib Ağayevin cinayət işində məlum olmuşdu ki, təkcə Avropa Oyunları ərəfəsində 30 milyon bir gündə ölkədən çıxarılıb. Həmin məbləğ Avropa Oyunları ərəfəsində təhlükəsizlik tədbirlərinin görülməsi üçün dövlət büdcəsindən ayrılmışdı. 
    30 milyon Dominikan Respublikasında qeydiyyatda olan “Preim Desig and Patenting.SA” şirkətinin bank hesabına köçürülüb. Bu, təkcə bir gün ərzində ofşorda olan hesaba köçürülən məbləğ idi.

    Rəsmi məlumatlara görə, Anar Mahmudov 2015-ci ilin yayında Böyük Britaniyada biznesə girişib. Atasının müəmmalı şəkildə vəzifəsindən kənarlaşdırılmasına bir neçə ay qalmış... İyul ayında Londondakı “8-10 Dover Street Limited” şirkətinin səhmdarları arasına səhmlərin 75 faizini əldə edən “Elmaha İnvestment Limited” ofşor şirkəti daxil olur.
    Yunan Kiprində 2014-cü ilin oktyabrında yaradılan, təsisçisinin adı açıqlanmayan şirkətin direktoru Anar Mahmudovdur. Amma sənədlərdən anlaşılan odur ki, Anar Mahmudov bu şirkətdə təsisçi hüquqları ilə təmsil olunur. Ofşor şirkət Londonda dörd ünvanda (8 Dover, 8-9 Dover, 10 Dover və 47 Albermarle) aldığı, dəyəri bir neçə milyon funt olan 5 daşınmaz mülkü “8-10 Dover Street Limited” şirkətinin istifadəsinə verir.

    Atası vəzifədə olanda ölkədən çıxardı, indi də leqallaşdırır...

    Yeni payçının gəlişi ilə “8-10 Dover Street Limited” restoran biznesi sahəsində işləyən “Mnky Hse Limited” törəmə şirkətini yaradır. Bir il sonra, 2016-cı ilin sonuna ana şirkətin xalis aktivləri 3 dəfə artaraq 9 milyon funtu (18,9 milyon manat) ötür. Əlli nəfərdən çox işçisi olan və Latın Amerikası mətbəxinin təamlarını təqdim edən bu böyük restoranın aktivində maliyyə hesabatına görə 1 milyon funt vəsait var. 

    O dövrdə yerli media Mahmudovların biznesinə basqıların olduğunu, hətta çoxsaylı avtosalonlarının qapılarınını bağlandığını yazırdı. Vətəndə işi heç də yaxşı getmədiyinə görə Bakıda az-az görünən Anar Mahmudov isə Londonda yatırımlarını davam etdirirdi. 2016-cı ilin iyununda “Elmaha İnvestment Limited” şirkəti Londondakı daha bir şirkətin – “Percy Ho Limited”in səhmlərini alır və bir ildən sonra onun üzərində nəzarət Anar Mahmudova keçir.
    Belə ehtimallar var ki, Anar Mahmudov atası vəzifədə olduğu günlərdə ölkədən çıxarılan milyardları belə bizneslərə yatırmaqla leqallaşdırmağa baş vurub.



    Çingiz Əsədullayev isə artıq 6-cı ildir ki, bankdan “yeyib” istintaqdan kənar gəzib dolaşır

    2018-ci ildə Anar Mahmudovun 8 şirkəti birləşdirən beynəlxalq biznes şəbəkəsi aşkar edilmişdi. Türkiyədəki “Deha Gömlek Üretim Sanayi ve Ticaret Limited” və “Sinalco Gayrimenkul ve Danışmanlık Hizmetleri A.Ş”, İspaniyadakı “22 Vaquer De Bendinat S.L.”, “Son Sana Portals S.L.”, “Macent Invest Group SL” və “Majorca Capas Group İnvestment SL”, Lüksemburqdakı “Utilicom” və “Konoco.M” şirkətlərinin onun nəzarətində olduğu yazılırdı. 

    Anar Mahmudovun qayınatası, hazırda həbsdə olan Eldar Mahmudovun digər bankiri Cahangir Hacıyev “Azərbaycan Beynəlxalq Bankı”na rəhbərlik edərkən “Nəqliyyat” filialının direktoru olmuş Kənan Orucov da ölkədən milyonlarla vəsaitin qaçırılması ittihamı üzrə istintaqa cəlb olunub. 

    Kənan Orucov Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevlə birlikdə milyonların mənimsənilməsi ittihamı ilə hakim qarşısına çıxarılmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı ildə çıxardığı hökmdə Kənan Orucov şərti cəza almışdı. Həmin hökmlə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

    Çingiz Əsədullayev isə artıq 6-cı ildir ki, bankdan “yeyib” istintaqdan kənar gəzib dolaşır. Onun susqun razılığı və səssiz iştirakı ilə ölkədən çıxarılan milyardlarla işğaldan azad edilmiş torpaqlarda olduqca böyük infrastruktur layihələri həyata keçirilə bilər. Bunun üçün Eldar Mahmudovun qara işlərinin bankiri Çingiz Əsədullayevin yolunu sadəcə Mövlam Şəxəliyevin, Nizami Şirinovun, bir neçə gün əvvəl həbsə alınan Sahib Ələkbərovun yanından salmaq kifayətdir.../musavat.com

    Oxunub: 364
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      21:00 | QƏZZADA ATƏŞKƏSLƏ BAĞLI YEKUN SAZİŞ İMZALANDI -  "Dünya üçün böyük bir gündür" /FOTO
      20:45 | İlham Əliyev Şarm əl-Şeyxdə Donald Trampla görüşüb - VİDEO
      20:44 | Misirdə Ərdoğan və Əliyev arasında səmimi görüş...- VİDEO
      17:20 | Azərbaycanda əhali 9 ayda içki və siqaretə 2 mlrd. manata yaxın xərcləyib
      17:00 | Olayın səbəbi: Ərdoğan pilota "geri dönün" əmri verib -  Netanyahunun gəlməyəcəyini bilincə...
      16:45 | ÖLKƏDƏ BU ƏRZAQ MƏHSULLARININ QİYMƏTİ KƏSKİN BAHALAŞIB - İqtisadçı səbəbləri açıqladı
      16:35 | ABŞ ordusunda heç kimin xəyalına belə gəlməyən silahlar var - Tramp
      16:30 | Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
      16:25 | Netanyahu Yaxın Şərq Sülh Sammitində iştirak etməyəcək
      16:20 | Ərdoğan Misirdə! Təyyarə əvvəlcə uçuş zolağından çıxıb...
      15:45 | “KÖÇƏRYANDAN XAHİŞ ETDİM Kİ, MƏNİ EVİMƏ APARSINLAR”- Misir Mərdanovla MÜSAHİBƏ
      15:30 | İlham Əliyev Paşinyanla Şarm əl-Şeyxdə görüşdü - FOTOLAR
      15:25 | Misir Prezidenti İlham Əliyevi belə qarşıladı - VİDEO
      15:20 | Netanyahu:  “İsrail Qəzza müharibəsində 2 min əsgərini itirib”
      15:15 | Deputat partiyadan çıxarılıb -  "Qüdrət müəllim telefon zənglərimi bloka atıb"
      15:10 | BAKIDA GÖMRÜK məmurunu QADINA GÖRƏ ÖLDÜRÜBLƏR -  ŞOK DETALLAR
      14:41 | "Müharibə bitdi, HAMAS razılaşmaya əməl edəcək"-  Tramp
      13:20 | Tehran küçələrində hicabsız qadınlar - İranda nə baş verir? /FOTOLAR
      13:15 | Prezident dəmir yolu işçilərini təltif etdi - ADLAR
      13:10 | Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
      13:00 | "AZƏRBAYCAN VƏ QAZAXISTAN TƏHDİD ALTINDADIR..."- “Rusiya ilə əvvəlki münasibətləri bərpa etmək mümkün deyil”
      12:45 | Gələn ildən Azərbaycanda faizsiz kreditlər verilə bilər
      12:30 | 5 ÖLKƏYƏ qırıcı təyyarələrə sahib olmaq QADAĞANDIR - SƏBƏB NƏDİR?
      12:25 | Müdafiə Nazirliyi məlumat yaydı: “Partlayış səsləri...“
      11:40 | Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
      11:30 | BAKIDA GÖMRÜKÇÜ QƏTLƏ YETİRİLDİ - 16 yaşlı oğlan saxlanılıb /FOTOLAR
      11:25 | İsrail və HƏMAS arasında əsir mübadiləsi başladı - FOTO/VİDEO
      11:20 | Xankəndi, Ağdərə və Xocalıda 22 minə yaxın şəxs məskunlaşıb
      11:15 | Şair Əlisəmid Kür vəfat edib
      11:00 | Gəncə ilk dəfə Avropa çempionatına ev sahibliyi edəcək
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      11:15 | АРМЯНСКАЯ ПЕРИОДИЧЕСКАЯ БОЛЕЗНЬ
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.