YOLUXANLARIN SAYI YENİDƏN XEYLİ ARTDI - Ölüm sayı da yüksək olaraq qalır
Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 583 yeni yoluxma faktı qeydə alınıb, 1644 nəfər isə müalicə olunaraq sağalıb.
İndiyədək ölkədə ümumilikdə 398 034 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 348 454 nəfər müalicə olunaraq sağalıb, 5 370 nəfər vəfat edib, aktiv xəstə sayı 44 210 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 508, ötən müddət ərzində isə ümumilikdə 4 344 428 test aparılıb.
Qeyd edək ki, dünən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 945 yeni yoluxma faktı qeydə alınıb.

Oxunub: 176
Xəbəri paylaş
Paylaş:





















