Həyəcan təbili çalındı:
14 milyon əfqanı aclıq gözləyir
“Taliban” hərəkatının hakimiyyəti ələ keçirməsindən sonra yaranan böhran səbəbilə Əfqanıstan əhalisinin 14 milyonu aclıqla üzləşə bilər.
Bu barədə BMT-nin Dünya Ərzaq Proqramının icraçı direktoru David Bizli “Reuters” agentliyinə bildirib.
O, 39 milyon əhalisi olan Əfqanıstanda bir neçə illik quraqlıq, münaqişə və pandemiya səbəbindən iqtisadi vəziyyətin ağırlaşdığını qeyd edib.
BMT rəsmisi Əfqanıstanda humanitar fəlakətin qarşısını almaq üçün 2021-ci ilin sentyabr ayına qədər ən azı 200 milyon dollara ehtiyac olduğunu bidirib.
Bizli “Taliban”ın insanlara yardım çatdırılmasına müdaxilə etməyəcəyinə zəmanət verdiyini vurğulayıb.
Oxunub: 182
Xəbəri paylaş
Paylaş: