COVİD pasportu olmayanlar məhkumlarla görüşə buraxılmır
Azərbaycanda məhkumlarla ailə üzvləri arasında uzunmüddətli görüşlərin keçirilməsinə icazə verilir.
Artıq bir sıra cəzaçəkmə müəssisələrində belə görüşlər təşkil olunur.
Pandemiya şəraiti davam etdiyindən məhkumlarla uzunmüddətli görüşlərin keçirilməsinə yalnız COVİD-19 pasportu ilə icazə verilir.
Belə ki, hər iki doza ilə peyvəndlənmiş şəxslər həbsdə olan yaxınları ilə görüşə bilərlər. COVİD-19 pasportu olmayanlar isə uzunmüddətli görüşə buraxılmır.
Qeyd edək ki, ötən ilin mart ayından bəri koronavirus infeksiyasının geniş yayılması ilə əlaqədar məhkumlarla görüşlər dayandırılmışdı.
Oxunub: 234
Xəbəri paylaş
Paylaş: