"Merkelin 2008-ci ildə NATO ilə bağlı dedikləri məni şoka saldı..." - Yuşenko
Almaniya kansleri Angela Merkelin 2008-ci ildə Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı mövqeyi məni şoka salmışdı.
Bunu Ukraynanın eks-prezidenti Viktor Yuşenko deyib.
“Biz 7-8 prezident toplaşıb Merkelin yanına getdik. Sarkozi zalı tərk etdi, çünki danışmaq istəmirdi. Merkellə çox qısa – 5 dəqiqəlik dialoq baş tutdu. O, deyirdi ki, Ukraynadakı NATO layihəsini yalnız ukraynalıların üçdə biri dəstəkləyir. Mən ona dedim ki, iki il ərzində NATO-nu dəstəkləyən ukraynalıların sayı 14%-dən 31%-ə yüksəlib, halbuki İspaniya NATO sıralarına daxil olanda alyansı bu ölkə əhalisinin cəmi 17%-i dəstəkləyirdi”, - Yuşenko bildirib./axar.az
Oxunub: 307
Xəbəri paylaş
Paylaş: