İngiltərə, Kanada, İsveç, İsveçrə və ABŞ Rusiyaya qarşı fond yaradır
İngiltərə, Kanada, İsveç, İsveçrə və ABŞ Rusiyanın Ukraynanın cənub və şərq bölgələrində təsirinə qarşı bir fond yaradır.
Bu barədə İngiltərənin Kiyevdəki səfirliyinin Feysbuk səhifəsində məlumat yayılıb.
Güclü Ukrayna üçün Tərəfdaşlıq Fondu bu ilin dekabr ayından etibarən işə başlayacaq, üç il ərzində donorlardan təxminən 50 milyon dollara qədər pul yığılması planlaşdırılır.
Səfirlik bu təşəbbüslərin ictimai xidmətlərin keyfiyyətinin yüksəlməsinə, məişət gəlirlərinin artmasına gətirib çıxaracağını bildirib.
Oxunub: 254
Xəbəri paylaş
Paylaş: