Türkiyə ordusu Suriyanın şimalında daha 9 terrorçunu zərərsizləşdirib
Türkiyə ordusu Suriyanın şimal bölgələrində daha 9 terrorçunu məhv edib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.
Bildirilib ki, “Barış Pınarı” əməliyyatının keçirildiyi bölgədə 8, “Fırat Kalkanı” əməliyyatının keçirildiyi ərazilərdə isə 1 terrorçu olmaqla, ümumilikdə hücuma hazırlaşan 9 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
“Suriyanın şimalında terrorçulara keçid yoxdur!”, - qeyd edilib./report
Oxunub: 327
Xəbəri paylaş
Paylaş: