Ermənilər əsir götürdükləri azərbaycanlı əsgərin videosunu yaydılar
Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cəmil Babayev Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə erməni separatçıları tərəfindən əsir götürülüb.Ermənistan mətbuatı Azərbaycan əsgərinin əsir götürülmə anının videosunu yayıb.
Düşmən qeyd edir ki, hərbçimiz avqustun 25-də Ağdərə şəhərindəki mənzillərdən birində aşkarlanıb.
Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidəki erməni separatçılar azərbaycanlı hərbçiyə “cinayət işi” açıldığı bildiriblər.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, əsgər Cəmil Babayev Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.
“Cəmil Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır”, - Azərbaycan Müdafiə Nazirliyi bildirib.
Oxunub: 273
Xəbəri paylaş
Paylaş: