Paşinyan Gorus-Qafan yolunun bağlanmasından DANIŞDI
Ermənistanın baş naziri Nikol Paşinyan Gorus-Qafan yolunun bağlanmasından danışıb.
Ermənistan KİV-i xəbər verir ki, o, yaranmış vəziyyətin gözlənilən olduğunu və bu müddətdə yeni yol infrastrukturu qurmaqda davam etdiklərini deyib.
"Bizə sülh gündəmimizi irəliyə aparmaq və inkişaf etdirmək üçün möhkəm əsəblər lazımdır", - Paşinyan açıqlamasında bildirib.
Baş nazir, həmçinin Türkiyə ilə münasibətlərə də toxunub. O, Ankaradan müsbət siqnallar aldığını söyləyib.
Oxunub: 316
Xəbəri paylaş
Paylaş: