Əbülfəs Qarayevin həbsi qaçılmazdır -
Hüquqşünasdan açıqlama
Rüşvət və korrupsiya sittihamı ilə 8 il həbs cəzasına məhkum edilən sabiq mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramovun işi üzrə istintaq materiallarında sensasiya sayılacaq məqamlar var. Qeyd edilib ki, nazir müavini “otkat” və aylıq haqq olaraq ona çatdırılan pulların hamısını Əbülfəz Qarayevə verib. Əbülfəz Qarayev isə məbləğin 15-20 faizini öz müavininə geri qaytarıb.
Maraqlıdır, bu fakt Əbülfəz Qarayevin istintaqa cəlb edilməsi və onun barəsində cinayət işi qaldırılması üçün yetərlidirmi? Ümumiyyətlə, ittihamların fonunda eks-nazirin həbs edilməsi gözləniləndirmi?
Mövzu barədə danışan tanınmış hüquqşünas Ələsgər Məmmədli qeyd edib ki, bu hal konkret olaraq sübut olunursa, nazir də istintaqa cəlb edilməlidir:
Sübut olunarsa, hüquqi məsuliyyət qaçılmazdır. Həbs müddətinə gəldikdə isə konkret olaraq Cinayət Məcəlləsinin hansı maddəsi ilə cinayət işi açıldığı və prosesdə tərəflərin təqsiri önəmlidir. Amma bütün hallarda bu, cinayət məsuliyyəti yaradır, cinayət məsuliyyəti qaçılmazdır”.
Sayad HƏSƏNLİ