Ukrayna şirkəti türk tərəfdaşlarla hərbi tədarük müqaviləsi imzaladı

Ukraynanın "Xarkov Maşınqayırma Zavodu - FED" şirkəti Türkiyə istehsalı olan ATAK-II ağır hücum helikopterləri üçün qurğular tədarük edəcək.
"Defence Express" xəbər verir ki, müvafiq müqavilə IDEF-2021 müdafiə sərgisi zamanı imzalanıb.
FED İdarə Heyətinin sədri Viktor Popov bildirib ki, şirkət uçuş idarəetmə sistemi və hidravlik sistem üçün qurğular istehsal edəcək.
Yeni sistemlərin hazırlanması və çatdırılması 1 il çəkəcək.
"Bu il ərzində FED Türk şirkətləri ilə 2 müqavilə imzalayıb. Söhbət helikopterlərin inkişafı və Türkiyənin beşinci nəsil TF-X təyyarələrinin hazırlanmasında iştirakla bağlı 2 müqavilədən gedir.
TAI T929 ATAK-2 qoşa mühərrikli hücum helikopteri Türk Havacılık və Kosmos Sənayesi (TAI) tərəfindən hazırlanır. Qalxma çəkisi 10 ton olan təyyarə Rusiyanın Mi-28NM və Amerikanın AH-64 Apache ilə rəqabət apara bilər. ATAK- 1200 kiloqramdan çox silah daşıya bilər.
İyul ayında "Defence Blog" portalı TAİ-nin perspektivli bir helikopter üçün Ukrayna istehsalı olan 14 mühərrikin tədarükü üçün müqavilə imzaladığını xəbər verib.
Oxunub: 254
Xəbəri paylaş
Paylaş: