Dmitri Peskov:
“Xüsusi xidmət orqanları Əfqanıstanla bağlı gecə-gündüz işləyir”
“Xüsusi xidmət orqanları Əfqanıstanla bağlı gecə-gündüz işləyir”.
TASS xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov söyləyib.
“Xüsusi xidmət orqanları Əfqanıstanla bağlı gecə-gündüz işləyir. Əfqanıstandakı vəziyyət və hadisələrin necə inkişaf edəcəyi barədə müxtəlif ssenarilər proqnozlaşdırılır”, - o qeyd edib.
Peskov Əfqanıstandan təxliyə işlərinə də toxunub: “Yeni təxliyə əməliyyatları planlaşdırılmır. Amma hər şey vəziyyətin dəyişməsindən və hadisələrin inkişafından asılıdır”.
Oxunub: 319
Xəbəri paylaş
Paylaş: