Azərbaycan dünya banklarına borclandı -
Götürülən kreditlər hansı istiqamətlərdə xərclənəcək...
Azərbaycan bu yaxın zamanlarda Beynəlxaq Valyuta Fondundan, Asiya Bankından borclanmaya gedib. Bu kreditlərin təyinatı nədir? Hansı istiqamətlərdə xərclənəcək? İqtisadçı Natiq Cəfərli bildirib ki, ilkin məlumatlara görə, əsasən bu kreditlər infrastruktur lahiyələrə və logistik istiqamətlərə xərclənməlidir.
Natiq Cəfərli
“Məlumatlara görə, bu kreditlərin istiqaməti əsəsən, yeni koridorların açılması, şimal-cənub, şərq-qərb koridorlarının daha da genişləndirilməsi, infrastruktorun yenilənməsi üçün nəzərdə tutulub.
Sadəcə alınan kreditlərin xərclənməsi ilə bağlı şəffaflığın daha da artırılmasına ehtiyac var. Əvvəlcədən həmin vəsaitlərin hansı istiqamətlər üzrə dəqiq və nə qədər xərclənməsi ilə bağlı hökumətin bir “yol xəritəsi” olmalıdır ki, keçmişdə olduğu kimi bəzi hallarda qeyri-rosional xərclənmələrə yol verilməsin. Hələ ki, bununla bağlı rəsmi məlumatlar yoxdur. Lakin ümumi məlumatlar var.
Hesab edirəm ki, maliyyə intitutlarından alının vəsaitlərin, kreditlərin şəffaf və doğru istiqamətdə xərclənməsi Azərbaycan iqtisadiyyatına əlavə stimul, müsbət dalğa gətirə bilər. Ayrılan vəsaitlərin Azərbaycan iqtisadiyyatında, subpodaratçı və podaratçı şirkətlərin bu lahiyələrə cəlb olunmasında, yeni iş yerlərinin yaranmasında müsbət dinamika yaratmaq qabiliyyəti var”.
Leyla Mirzə