Azərbaycanda COVID-19: sutka ərzində yoluxanların sayı yenə 4 mini ötdü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4203 yeni yoluxma faktı qeydə alınıb, 1724 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan virtualaz.org-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 35 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 409 min 745 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 354 min 864 nəfər müalicə olunaraq sağalıb, 5 min 469 nəfər vəfat edib. 49 min 412 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 min 136, bu günə qədər isə ümumilikdə 4 milyon 395 min 646 test icra olunub.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 74 min 220 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 min 691, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 29 min 529 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 6 milyon 493 min 757, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 milyon 929 min 404, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 milyon 564 min 353 təşkil edir.

Oxunub: 225
Xəbəri paylaş
Paylaş: