GORUS-ZƏNGƏZUR YOLU AÇILIB - Azərbaycanın şərti qəbul olunub
Avqustun 25-indən etibarən Azərbaycan hərbçilərinin blokladıqları Gorus- Qafan yolu bu gün açılıb.
"Sputnik Armenia" saytı Ermənistanın Sünik (Zəngəzur) bölgəsinin qubernator müavini Narek Babayana istinadla bu barədə məlumat verir.
Mənbə bildirib ki, Azərbaycan tərəfi yolu açmaq üçün bir şərt irəli sürüb və bu şərt qarşı tərəfdən qəbul olunub. Belə ki, bundan sonra Azərbaycan hərbçiləri yolun üzərində bir neçə post qoyacaqlar.
Oxunub: 306
Xəbəri paylaş
Paylaş: