35 min müəllim sertifikatı necə alıb? -
“Saxtakarlıq ehtimalı var”
Təhsil Nazirliyinin verdiyi məlumata görə, 35 min müəllimə əks göstəriş sertifikatı verilib. Bu rəqəm sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Çoxları hesab edir ki, onların heç bir xəstəliyi yoxdur. Vaksin vurdurmamaq bəhanəsi ilə bu sənədi alıblar.
Professor Şahlar Əsgərov da bu rəqəmin reallığı əks etdirmədiyi rəyindədir.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri açılamasında bildirib:
“Hamı üçün ümumi qayda var - vaksinasiya olunmalıyıq. 35 min müəllim vaksinasiya olmursa, bu, çətin izah olunan bir şeydir. Yəni bu qədər xəstə müəllimimizmi var?!
Şahlar Əsgərovun sözlərinə görə, təqsirkarlar cəzalandırılmalıdır:
“Şagirdlərin sağlamlığını qorumalıyıq. Bunun üçün isə müəllimlər vaksinasiyadan keçməlidirlər. Əgər vaksinasiyadan keçmirsə, o zaman başqa qərarlar qəbul edilməlidir.
35 min müəllimin əks göstəriş sertifikatı alması reallığı əks etdirmir. Saxta sənəd alma ehtimalı böyükdür. Belə hallar müşahidə olunur. Təqsirkarlar cəzalandırılmalıdır. Bu dövlətin, millətin ölüm dirim-məsələsidir. Burada kiminsə, saxtakarlıq etməyə ixtiyarı yoxdur. Nə müəllimin, nə həkimin!”
Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev da sertikatların verilməsində saxtakarlıq olması ehtimalı ilə razılaşır:
“Bu çox böyük rəqəmdir. Yəqin ki, saxtakarlıq var. Təəssüf ki, təkliflər nəzərə alınmır. Bunun da əzabını çəkirik. Guya 35 allergik müəllim var. Azərbaycanda nə qədər müəllim var ki, onun da 35 mini xəstə olsun?!”
Aydın Əliyevin fikrincə, saxta arayış alan da, verən də nə etdiyini anlamır:
“Qorxu və məcburiyyətlə yox, yalnız maarifləndirmə, təbliğat, təşviqat, bilgiləndirmə işi aparılmalı, təbliğat videoçarxları çəkilməlidir. Başqa qadağalar qoysalar da, yenə yol tapacaqlar. Belə etmələrinin səbəbi bilgisizlikdir. Saxta araşıyı verən də, alan da nə etdiyini anlamır. Anlasalar, bunu etməzlər”./yenisabah