Gürcüstanda rüşvət alan prokuror saxlanıldı
Tbilisinin Didube-Çuqureti rayonunun prokuroru tutulub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunda keçirilən brifinqdə bildirilib.
Onun saxlanılmasına böyük məbləğdə rüşvət alması səbəb olub. İstintaqla müəyyən olunub ki, prokuror ittiham olunan şəxsin günahını etiraf etməsi üçün sövdələşmə təklif edib. Bunun üçün o, 50 min lari məbləğində rüşvət tələb edib. Prokuror cinayətdə təqsirləndirilən şəxsin ailə üzvündən və vəkilindən 20 min lari alıb. Faktla bağlı istintaq aparılır.
Saxlanılan şəxsin cinayəti sübuta yetirilərsə, onu 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Oxunub: 412
Xəbəri paylaş
Paylaş: