Gürcüstanda koronavirus böhranı davam edir: son bir gündə 76 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 2 669 yoluxma halı qeydə alınıb, 76 nəfər ölüb. Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında qeyd olunub.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 543 118, ölənlərin sayı isə 7 251 nəfərə çatıb. Virusa yoluxanlardan 482 732 nəfərin sağaldığı bildirilir.
Oxunub: 224
Xəbəri paylaş
Paylaş: