“Falcon 9” daşıyıcı raketi Beynəlxalq Kosmik Stansiyaya start götürüb -
“Dragon” yük gəmisi ilə...
Amerikanın “SpaceX” şirkəti “Falcon 9” daşıyıcı raketini “Dragon” yük gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya göndərib.
TASS xəbər verir ki, ehtiyatların artırılması üçün 23-cü kommersiya missiyası çərçivəsində kosmik gəmi saat 03:14-də (Bakı vaxtilə saat 11:14) Kanaveral burnundan (Florida ştatı) start götürüb.
“Dragon”un stansiya ilə kəsişməsi avqustun 30-u saat 11:00-da (Bakı vaxtilə saat 19:00) gözlənilir.
Oxunub: 247
Xəbəri paylaş
Paylaş: