İraq konfransı bitdi:
yekun sənəd imzalandı
Xarici KİV xəbər verir ki, avqustun 28-29-da Bağdadda regionun 9 dövlətinin iştirakı ilə konfrans keçirilib və o qədər də sabit olmayan regionun gələcəyi müzakirə edilib.
Konfrans çərçivəsində İranın xarici işlər naziri Əmir Abdullahiyanın Küveyt və BƏƏ-dən olan həmkarları ilə görüşməsi onu deməyə əsas verir ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxması region dövlətlərinin konsensus axtarmasına səbəb olub. Konfransın ABŞ qoşunlarının Əfqanıstandan çıxmasından sonra keçirilməsi də təsadüfi xarakter daşımır.
İranın mövqeyi ondan ibarətdir ki, regiona kənardan müdaxilə edilməsin və mövcud problemləri region dövlətlərinin özləri danışıqlar yolu ilə həll etsinlər. Konfransda keçirilən görüşlər tərəflərin bu mövqe ilə razılaşmasını göstərir.
Konfransın yekun sənədində qeyd edilir ki, regionda sülh və sabitliyin yaradılması üçün regional qüvvələr birləşməli və diplomatik səylər artmalıdır. Bu sənəddə göstərilən müddəaların həyata keçəcəyini isə zaman göstərəcək.