ABŞ Polşaya 100 milyon dollarlıq silah yerləşdirir
ABŞ Polşaya 100 milyon dollar dəyərində 180 raket və 79 "Javelin" sistemləri yerləşdirəcək.
Bu barədə “Bild” nəşri məlumat yayıb.
Polşanın silahlandırılmasına səbəb kimi Rusiyanın təcavüzkar siyasəti göstərilib.
"Javelin"in xüsusiliyi ondan ibarətdir ki, onu bir nəfər idarə edə bilər. Bundan əlavə, silahda olan raket vasitəsilə istənilən hava şəraitində 2 km-dən yaxın zirehli texnikanı məhv etmək mümkündür.
Oxunub: 306
Xəbəri paylaş
Paylaş: