"Azərbaycan əsirlərlə humanist davranıb, onlar isə..."-
Ombudsman
Ermənistan əsir və girov götürdüyü azərbaycanlılara ağır işgəncələr verib. Azərbaycanın isə erməni hərbi əsirlərin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması üçün atdığı addımlar humanizm prinsipinə əsaslanıb.
Bunu Ermənistanın təcavüzü nəticəsində itkin düşən azərbaycanlılarla bağlı keçirilən konfransda İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib.
O qeyd edib ki, Ermənistan indiyədək Vətən müharibəsində itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat vermir.
S.Əliyeva erməni əsirliyində qayıtmış azərbaycanlıların ağır travmalar aldığını da vurğulayıb.
Oxunub: 260
Xəbəri paylaş
Paylaş: