İraqın şimalında 16 PKK terrorçusu məhv edildi
Türkiyə Silahlı Qüvvələri "Pençe-Şimşek" əməliyyat zonasında PKK terror təşkilatının 16 üzvünü zərərsizləşdirib.
Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Terrorçular döyüş təyyarələri və ATAK helikopterləri tərəfindən məhv edilib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və MİT-in koordinasiyalı fəaliyyəti nəticəsində İraqın şimalında anti-terror əməliyyatları davam edir.
Oxunub: 214
Xəbəri paylaş
Paylaş: