Tanınmış aparıcıdan şəhid və qazilərlə bağlı elanlara SƏRT ETİRAZ:
AYIBDIR!
“Şəhid və qazi ailələrinə pulsuzdur. Atalarınız tərəfindən ödənilib. Nə zamandır qıcıq olduğum şeylərdən biri də bu qəbildən olan elanlardır”.
Bu sözləri tanınmış aparıcı İlhamiyyə Rza deyib. O, feysbukda sözügedən elanlarla bağlı etirazını bildirib:
“Adətən 2 manatlıq dönər satan dönərxanaların, girişi 3 manat olan istirahət, əyləncə məkanlarının, bəzi avtomobillərin üzərində rastıma çıxıb. Yığışdırın bu düşük xal qazanma tryuklarını, ayıbdır. Siz nə düşünürsünüz, şəhid övladı gəlib dönərxananın qabağında boynunu büküb deyəcək ki, şəhid övladıyam, pulsuz dönər ver? Bu cür görürsünüz onları?”
Oxunub: 266
Xəbəri paylaş
Paylaş: