İtaliyada kütləvi qırğın baş verir
İtaliyada koronavirusdan ölənlərin sayı 133 nəfərdən 366 nəfərə çatıb. Turkustan.info İtaliyanın Mülki Müdafiə Agentliyinin məlumatına istinadən xəbər verir ki, virusa yoluxanların ümumi sayı da 5883-dən 7375 nəfərə qalxıb.
Koronavirusun ən sıx yayıldığı Lombardiya və daha 14 əyalətdə 16 milyon nəfərə qədər insanın yeni karantin qaydaları altında səyahət etməsi üçün xüsusi icazə tələb olunur.
Baş Nazir Cüzeppe Konte də bütün ölkədə məktəblərin, idman salonlarının, muzeylərin, gecə klublarının və digər yerlərin bağlanacağını elan edib. Məhdudiyyətlər hələlik 3 aprelə qədər davam edəcək.
Globall.az
Oxunub: 290
Xəbəri paylaş
Paylaş: