"Bu ölkə uşaqlar üçün ən pis yerdir"-
BMT təmsilçisi De Lays
"Əfqanıstanda uşaq olmaq böyük bəxtsizlikdir və bu ölkə uşaqlar üçün ən pis yerlərdən biridir".
Bunu BMT-nin Uşaq Fondunun (UNICEF) Əfqanıstan təmsilçisi De Lays deyib. Fond rəsmisi bildirib ki, hazırda Əfqanıstanda 10 milyon uşağın yardıma ehtiyacı var.
De Lays əlavə edib ki, bu ölkədə silahlı toqquşmalarda uşaqlardan istifadə edilir: "Təəssüflə qeyd etmək istəyirəm ki, builki toqquşmalarda 550-dən artıq uşaq öldürülüb. 1400-dən çoxu isə yaralanıb".
Oxunub: 307
Xəbəri paylaş
Paylaş: