Lavrovun Mirzoyanla “hərbi əsir” söhbətinin sirri:
Bakı Moskvanı geri çevirir
Birincisi, Əliyev Putinin bu məsələ ilə bağlı istəklərini qəbul etmir: Lavrov özü də deyir ki, Putin İlham Əliyevlə təmaslarında və digər səviyyələrdə bu siqnalı göndərir;
İkincisi, 30 avqustda Moskva Bakıdan istədiyini ala bilməyib:
- Rusiyanın yeni həmsədri İqor Xovayev Lavrov-Mirzoyan görüşündən bir gün öncə Bakıda Ceyhun Bayramovun qəbulunda oldu və istisna deyil ki, istəklərdən biri də Moskvanın vasitəçiliyi ilə erməni terrorçularla mina xəritələrinin növbəti barteri olub:
1. ruslara öz vasitəçiliyini nümayiş etdirmək üçün növbəti “kiçik uğur” lazımdır;
2. ruslar “əsir-mina xəritəsi” məsələsini birdəfəlik həll etmək və Qərbin bölgədə vasitəçiliyinə zəmin yarada biləcək amili aradan qaldırmaq istəyir;
- Bakı rusların istəyini təkcə mina xəritələrinin çox hissəsinin saxta olmasına görə yox, həm də Moskvanın Qarabağda separatçılara dəstəyinə cavab olaraq geri çevirib;
- Bu, ruslar üçün Qərbin (ABŞ) yenidən “humanitar məsələlərdə vasitəçiliyinə” risk yaratması siqnalıdır;
Görünür, Bakı üçtərəfli razılaşmaların bütün bəndlərinin icrasının yubanması və rusların Qarabağda suverenliyimizə təhdidlər yaratması fonunda oyunu açıq və sərt oynayır. Lavrovun açıqlamasının tonu da “gözləmədikləri reaksiyadan” qaynaqlanır.