Vaqif Dərgahlıya yeni
VƏZİFƏ VERİLDİ
Müdafiə nazirinin müvafiq əmri ilə nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Mətbuat Xidmətinin rəisi vəzifəsi isə Xidmətin rəis müavini vəzifəsinə təyin edilən polkovnik-leytenant Anar Eyvazova həvalə edilib.
Oxunub: 216
Xəbəri paylaş
Paylaş: