Rusiyada koronavirusdan ölənlərin sayı 184 mini ötüb
Rusiyada son sutka ərzində daha 18 368 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 6 937 334 nəfərə çatıb.
Son sutka ərzində 790 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 184 014 nəfərə çatıb.
Oxunub: 156
Xəbəri paylaş
Paylaş: