Bölgədə gərginliyi artıracaq həmlə:
Çen İn qorxunc silahlarını üzə çıxarır
Bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Raketlər Şimali Koreyanın Hamqyonq bölgəsindən atılıb. Açıqlamada raketlərin Yapon dənizinə düşdüyü bildirilib.
Əlavə edək ki, Şimali Koreya ötən həftənin əvvəlində də 2 ballistik raketini sınaqdan keçirmişdi.
Şimali Koreya lideri Kim Çen İn Yeni il nitqində yaxın gələcəkdə yeni nəsil strateji silahlarını təqdim edəcəyini açıqlamışdı. Yaponiya tərəfi bunun qitələrarası ballistik raket (ICBM) və ya sualtı ballistik raket (SLBM) ola biləcəyini ehtimal edir.
Oxunub: 346
Xəbəri paylaş
Paylaş: