“Maşa və Ayı”nın Azərbaycan buraxılışı bu səbəbdən silinib
Məlumata görə, müəlliflər videoda bir neçə səhvə yol veriblər. Bu səbəbdən video “Youtube” kanalından götürülüb.
“Maşa və Ayı” cizgi filminin Azərbaycana həsr olunan buraxılışı şirkətin rəsmi “Youtube” kanalından silinib.
“Cırtdan” xalq nağılı əsasında hazırlanan videonun Rusiyada fəaliyyət göstərən erməni diaspor nümayəndələri və Ermənistan vətəndaşlarının şikayətləri əsasında platformadan silindiyi bildirilir.
Qeyd edək ki, çizgi filmində Azərbaycanın milli yeməkləri - təndir çörəyi, paxlava, şəkərbura, dolma göstərilib və məşhur “Cücələrim” mahnısı səsləndirilib.
Çoxsaylı izləyicilər tərəfindən böyük maraqla qarşılanan video avqustun 12-də yayımlanmışdı.