NATO-nun Baş katibi Rusiyaya çağırış edib
NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanı “Qərb-2021” təlimləri ilə bağlı məlumatları açıqlamağa çağırıb.
TASS xəbər verir ki, o, hərbi təlimlərlə bağlı bəzi ölkələrdə narahatlıq olduğunu ifadə edib.
Onun sözlərinə görə, Baltikyanı ölkələr, Polşa və Ukrayna Moskvanın planlarından narahatdırlar.
Y.Stoltenberq Rusiyanın “Qərb-2021” təlimləri ilə bağlı məlumatları təqdim etməli olduğunu vurğulayıb.
Oxunub: 269
Xəbəri paylaş
Paylaş: