ABŞ Əfqanıstandan qoşunlarını geri çəkir...
Globall.az xəbər verir ki, 2001-ci ildə 11 sentyabr hadisəsindən sonra Əfqanıstana qoşun yeridən ABŞ-ın burda 12 min əsgəri var. Əldə edilən razılaşma çərçivəsində yüz otuz beş gün ərzində əsgər sayı 8500-ə endiriləcək.
Qoşunlarını geri çəkmək üçün fevralın 29-da ABŞ və Taliban arasında razılaşma əldə olunub.
Taliban əgər 14 ay ərzində əldə edilən razılaşmaya əməl edərsə, ABŞ və NATO-dakı müttəfiqləri də qoşunlarını ölkədən çıxaracaq. Taliban ABŞ-a Əfqanıstanın Əl Qaidə kimi radikal təşkilatlar və qrupların sığınacaq zonasına çevrilməyəcəyinə zəmanət verib.
Əfqanıstan hökuməti isə ABŞ və Taliban arasındakı danışıqlarda iştirak etməyib. Kabil rəhbərliyi isə 5 min talibanlının sərbəst buraxılması üçün Talibanın onlarla birbaşa danışıqlara getməsini tələb edir.