Avropalı biznesmenlər Azərbaycana cəlb ediləcək

Avropa İttifaqı (Aİ) Azərbaycanda kiçik və orta müəssisələrin ixrac potensialının artırılmasını hədəfləyir.
Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Viktor Bojkov deyib.
O bildirib ki, Aİ Azərbaycan strukturlarını hərtərəfli dəstəkləyir və onlarla birgə layihələr reallaşdırır:
"Bu işlər çərçivəsində biz kiçik və orta müəssisələrin ixrac potensialını artırmaq və Azərbaycana avropalı biznesmenləri və investisiyaları cəlb etmək niyyətindəyik. Azərbaycan ərzaq baxımından Avropaya fındıq, qurbağa ayaqları, eləcə də digər yerli istehsal məhsulları ixrac edir".
Qeyd edək ki, Şəkidə Avropa İttifaqının maliyyələşdirdiyi, İqtisadi və Sosial İnkişaf Mərkəzi, "Uluçay" Sosial-İqtisadi İnnovasiyalar Mərkəzi və Bolqarıstan İqtisadi İnkişaf Mərkəzi tərəfindən reallaşdırılan ərzaq festivalı keçirilir.

Oxunub: 204
Xəbəri paylaş
Paylaş: