İtaliyada atışma -
8 nəfər yaralandı
İtaliyanın şimal-şərqində yerləşən Triyest şəhərində atışma baş verib.
Hadisə nəticəsində 8 nəfər yaralanıb.
Atışma iki qrup arasında münaqişə zəminində baş verib. Polis əməkdaşları atəş açanlardan iki nəfəri saxlayıb. Saxlanma zamanı da silahlı insident qeydə alınıb.
Hadisə yerinə çoxlu sayda polis və təcili yardım briqadaları cəlb edilib.
Oxunub: 281
Xəbəri paylaş
Paylaş: