İsrail prezidenti İordaniya kralı ilə görüşüb
İsrail prezidenti İshaq Herzoq avqustun 29-da İordaniya kralı II Abdullahla görüşüb.
Bu barədə İsrailin rəsmi mətbuat bürosu məlumat yayıb.
Kral Abdullahın dəvəti ilə baş tutan görüşün Əmman şəhərində keçirildiyi bildirilir.
Görüş zamanı Herzoq və Abdullah regional məsələləri və İsrail-İordaniya münasibətlərini müzakirə edib.
Qeyd edək ki, İsrail mətbuatı ölkənin Baş naziri Naftali Bennetin iyul ayının əvvəlində Əmmanda Kral Abdullah ilə gizli görüşdüyünü iddia edib, lakin hökumət bu xəbərlə bağlı heç bir açıqlama verməyib.
Oxunub: 390
Xəbəri paylaş
Paylaş: