İranda virusdan ölənlərin sayı 111 mini keçdi

İranda son gündə koronavirusdan 583 nəfər ölüb.
Globall.az ISNA-ya istinadla xəbər verir ki, bu barədə İslam Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.
Ölkədə 27.579 yeni Covid-19 xəstəsini təsbit edilib, onlardan 3.973-ü xəstəxanaya yerləşdirilib.
Covid-19 xəstələrinin ümumi sayı 5 milyon 156 min 986 nəfərə çatıb.
Son 24 saatda virusdan 583 xəstənin ölümü ilə xəstəlikdən ölənlərin ümumi sayı 111.257-ə yüksəlib.
İndiyədək 4.394.083 koronavirus xəstəsi sağalıb.
Oxunub: 138
Xəbəri paylaş
Paylaş:




















