IMF-dən Azərbaycan iqtisadiyyatı ilə bağlı 3 illik proqnoz
Report Beynəlxalq Valyuta Fonduna (IMF) istinadən xəbər verir ki, bu göstərici, 2020-ci ilin faktiki göstəricisindən 17,1 % çoxdur.
Azərbaycanda nominal ÜDM 2022-ci ildə 86,463 milyard manat (50,861 milyard ABŞ dolları), 2023-ci ildə isə 88,934 milyard manat (52,314 milyard ABŞ dolları) səviyyəsində proqnozlaşdırılır. Bu, muvafiq olaraq əvvəlki ilin proqnozu ilə müqayisədə 1,9 % və 2,9 % çoxdur.
IMF-in proqnozlarına görə, bu il Azərbaycanın real ÜDM-si ötən ilin faktiki göstəricisi ilə müqayisədə 2,3 % artaraq 29,213 milyard manata çatması gözlənilir.
Məlumata əsasən, 2022-ci ildə real ÜDM 29,708 milyard manat (əvvəlki ilin proqnoz göstəricisi ilə müqayişsədə 1,7 % çox), 2023-cü ildə isə 30,214 milyard manat (1,7 % çox) təşkil edəcəyi gözlənilir.