Prezident Samir Şərifovu və Fərəh Əliyevanı “Şöhrət” ordeni ilə təltif etdi
Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə maliyyə naziri Samir Şərifov “Şöhrət” ordeni ilə təltif edilib.
"Report"un xəbərinə görə, bununla bağlı prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə “Şöhrət” ordeni ilə prezident administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva təltif edilib.
Oxunub: 350
Xəbəri paylaş
Paylaş: