Əhməd Məsud əfqanlara müraciət edib -
"Zülmkarlara müqavimətə çağırıram..."
Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsud rəsmi açıqlamasında Əfqanıstan xalqını “Taliban”a qarşı mübarizə etməyə çağırıb. Müraciət YouTube-da audio mesaj formasında yerləşdirilib.
"Bütün Əfqanıstan xalqını, ölkənin hər yerindəki bütün qardaşlarımızı və bacılarımızı zülmkarlara müqavimət göstərməyə çağırıram", - deyən Əhməd Məsud, Pəncşirdə “Taliban”a qarşı mübarizənin bitmədiyini söyləyib.
Məsud, ölkənin azad olunmasına və "Əfqanıstanın qələbəsinə" qədər mübarizə aparacaqlarını qeyd edib.
Qeyd edək ki, daha əvvəl “Taliban” Müqavimət Cəbhəsi liderinin atası Əhməd Şah Məsudun məqbərəsini ələ keçirtdiyini elan edib.
Oxunub: 243
Xəbəri paylaş
Paylaş: