Bahram Çinə, Qəndahar Pakistana verilir - Taliblər ABŞ aviabazalarını paylayırlar
Əfqanıstanın yeni hakimiyyəti Bahram aviabazasını Çinə və Qəndəhardakı aerodromla operativ məqsədlər üçün istifadə hüququnu Pakistana verə bilər.
Bu barədə sentyabrın 6-da mənbələrə istinadla Hindistanın «Pioneer» qəzeti yazıb.
Nəşr göstərir ki, hadisələrin belə gedişi Hindistan üçün ciddi nəticələr verə bilər.
«Əfqanıstanın Bahram aviabazasının istifadəsi Hindistanı qarşılamaq üçün bölgədə Çinə əlavə imkanlar verəcək və Pekin tərəfindən yaradılan Cin-Pakistan iqtisadi dəhlizinin (ÇPİD) təhlükəsizliyini təmin edəcək - mənbələr hesab edirlər - Pakistanın əfqanların Qəndəhardakı aviabazasına giriş əldə etməsi ilə o, Kəşmir bölgəsində Hindistan üzərində hərbi üstünlük qazanır və Hindistan-Pakistan hərbi münaqişəsi təqdirində bu bölgədəki öz oyektlərinin müdafiəsini yaxşılaşdıra biləcək».
Qəzet xatırladır ki, hazırda Pakistan HHQ mütəxəssisləri Əfqanıstandakı bütün 5 aviabazanı, o cümlədən Qəndəhardakı, Bahramdakı və Kabildəki aerodromları təftiş edirlər, Çinin nümayəndə heyəti isə təhlükəsizliklə bağlı məsələləri, o cümlədən Bahram bazasından istifadəni müzakirə etmək üçün «Taliban»ın ali rəhbərliyi ilə görüş keçirib.
Xəbər verildiyi kimi, ABŞ Əfqanıstanda 200-dən artıq hərbi təyyarəni və helikopteri, o cümlədən, S-130 hərbi-nəqliyyat təyyarəsini (Hindistan HHQ-də istifadə olunur) tullayıb gedib.
Oxunub: 323
Xəbəri paylaş
Paylaş: