“Neftin qiyməti 100 dollara qalxsa bazar çökər...”-
Vahid Ələkbərov
"Neftin bir barrelinin 65-75 dollar səviyyəsində qalması həm istehsalçılar, həm istehlakçılar üçün komfortludur."
Azərbaycan əsilli rusiyalı neft maqnatı, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov belə hesab edir. “Kommersant”a müsahibəsində Ələkbərov deyib ki, yüksək neft qiymətləri bazarı çökdürmək riski daşıyır.
“Neftin qiymətinin yenidən 100 dollardan yuxarı qalxmasını görmək istəməzdim, çünki bu aşağı rentabelli və az effektli layihələrə investisiyaları stimullaşdıra və sonra yenidən bizim yaşadıqlarımıza gətirib çıxara bilər-bazarı çökdürər”,-V.Ələkbərov bildirib.
“Lukoil” prezidenti hesab edir ki, hasilatın azaldılması və ya artırılması mexanizmi kimi OPEC+ razılaşması “həmişəlik” qüvvədə olacaq.
Oxunub: 324
Xəbəri paylaş
Paylaş: