Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib
Türkiyənin Samsun şəhərində İŞİD terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.
“TRT Haber” xəbər verir ki, əməliyyat 3 fərqli ünvanda gerçəkləşdirilib.
Samsunun Atakum, İlkadım və Canik rayonlarında keçirilən əməliyyat nəticəsində İraq əsilli 2 şəxs saxlanılıb.
Onların yaşadıqları ünvanlardan rəqəmsal materiallar götürülüb.
Daha bir şübhəlinin saxlanılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Oxunub: 243
Xəbəri paylaş
Paylaş: