Gənclər və idman naziri:
“Azərbaycan idmanının yeni strategiyası müəyyənləşdiriləcək"
Fərid Qayıbov“Azərbaycan idmanının yeni strategiyası müəyyənləşdiriləcək. Biz idman mütəxəssisləri ilə birlikdə bu strategiya istiqamətində çalışacağıq”.
Report-un xəbərinə görə, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
Nazir bildirib ki, bu strategiya “İdman haqqında” qanundan başlayaraq, professional idman növlərini, o cümlədən uşaqları və gəncləri, bütün idman sahələrini əhatə etməlidir: “Gələcəkdə uşaq və gənclərin idmanla məşğul olması ilə bağlı ciddi planlarımız var. Bu planlar isə yaxın müddətdə açıqlanacaq”.
Oxunub: 311
Xəbəri paylaş
Paylaş: