Nazirlər Kabineti: Süni qiymət artımına və əsassız qıtlığa qarşı sərt tədbirlər görüləcək
"Report" xəbər verir ki, bu fikirlər Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə bildirilib.
Qeyd olunub ki, hökumət qlobal iqtisadiyyatda baş verən son hadisələrin ölkədə iqtisadi artıma və məşğulluğa mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu halda bu alətlərdən çevik istifadə olunacaq:
"Bununla yanaşı, istehlak bazarına ciddi nəzarət edilir və vəziyyətdən sui-istifadə etməklə baş verə biləcək süni qiymət artımına və əsassız qıtlığa qarşı sərt tədbirlər görüləcək".
Oxunub: 369
Xəbəri paylaş
Paylaş: