Baydendən ABŞ-ın “Taliban”ı rəsmi tanıması ilə bağlı açıqlama: “Hələ buna çox var”

Ağ Evin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, ABŞ prezidenti açıqlama vermək məqsədi ilə jurnalistlərin qarşısına çıxıb.
Lakin mətbuat nümayəndələri prezidentdən fərqli mövzu ilə əlaqədar nitqini kəsərək ona “Taliban”ın ABŞ tərəfindən rəsmi hökumət kimi tanınıb-tanınmayacağını soruşublar.
C.Bayden bu suala qısa olaraq “Hələ buna çox var”, - cavabını verib./“RİA Novosti”
Oxunub: 193
Xəbəri paylaş
Paylaş: