Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • HİKMƏT HACIYEV SÜLHMƏRAMLILARIN MANDATINDAN DANIŞDI - "Müzakirələr hələ davam edir"
  • Bakı sülhməramlıların fəaliyyətindən narazıdır: Danışıqlar aparılır
  • “Dağlıq Qarabağdakı sülhməramlıların mandatı məsələsi həll olunur”- Lavrov
  • Qarabağda sülhməramlıların mandatı: müzakirə niyə uzanır?
  • RUSİYA "TEXNİKİ SƏHVİNİ" NİYƏ DÜZƏLTMİR?- Bakı bu şərti qəti şəkildə qoymalıdır...
  • “RUSLARIN NİYYƏTİ QARABAĞDA ƏN AZI 30 İL QALMAQDIR”- "Türkiyə Azərbaycana 4 general göndərdi..."

    • Tarix: 8-09-2021, 13:20



    Hazırda Rusiya və Azərbaycan arasında münasibətlərin hamar olmadığı, xüsusilə 44 günlük müharibədən sonra bu münasibətlərdə xeyli həllini tapmayan problemlərin yığılıb qaldığı göz önündədir. Moskva-Bakı xəttində gərginlik yaradan əsas məqamlardan biri sülhməramlı missiyanın mandatı ilə bağlıdır. 
    Bu məsələdə tərəflərin mövqeləri bir-birilə ziddiyyət təşkil edir. Belə görünür ki, Moskva regionda birdəfəlik qalmasının hüquqi əsasını yaratmağa çalışır, Bakı isə buna heç bir halda razılıq verməyəcəyini nümayiş etdirir.
    Bu mövzu ətrafında Azpolitika siyasi analitik Oqtay Qasımovla söhbətləşib. Müsahibəni təqdim edirik.



    - Oqtay bəy, bir neçə gün öncə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycan və Rusiya arasında sülhməramlıların mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər barədə ilkin kontaktların olduğunu və müzakirələrin davam etdiyini bildirib.
    O, xüsusi olaraq vurğulayıb ki, Qarabağ Azərbaycan ərazisidir və deməli, Rusiya sülhməramlılarının orada mövcudluğu müvəqqətidir. Diplomatik dildə verilən bu bəyanatın açıqlaması nədir?

    - 10 noyabr razılaşması imzalandıqdan sonra Ermənistanda, elə bizdə də xəbər yayıldı ki, bu razılaşmadan əlavə daha bir sənəd olub. Bunu Nikol Paşinyan da dilə gətirdi. Bildirildi ki, Azərbaycan o zaman bu sənədlə razılaşmayıb və bu üzdən onun imzalanması təxirə salınıb. 2021-ci ilin 11 yanvarında Moskvada baş tutan görüş zamanı da Prezident Vladimir Putin sülhməramlıların mandatı və statusu ilə bağlı müəyyən mesajlar verdi. O zaman Putinin bu fikirlərindən belə qənaətə gəlmək olurdu ki, Rusiya tərəfinin hazırda vacib saydığı əsas məsələlərdən biri sülhməramlı adı ilə bölgədə yerləşən həmin kontingentin hüquqi statusunun müəyyən edilməsidir.
    Təbii ki, biz sənədin mətnindən məlumatlı deyilik, amma ümumən tarixə ekskurs etdikdə, Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgələrindəki münaqişələr və o zaman Rusiya ilə Gürcüstan, eləcə də Rusiya ilə Moldova arasında imzalanan bu tipli sənədlərin sonradan hansı vəziyyətə gətirib çıxardığını görürük.
    Təəssüflər olsun ki, Rusiya tərəfi heç zaman sülhməramlı adı ilə daxil olduğu əraziləri tərk etməyib. Bu gün Moldovanın durumunu yaxından izləyirik. Moldova Prezidenti səviyyəsində dəfələrlə bu məsələnin qaldırılmasına və faktiki olaraq sülhməramlı adlandırılan qüvvələrin oradakı iştirakının müddətinin bitməsinə baxmayaraq, Rusiya həmin bölgədən çıxmaq istəmir. Digər tərəfdən, belə qənaət yaranır ki, o sənəddə Ermənistanın da tərəf olaraq göstərilməsi məsələsi var və sözsüz ki, Azərbaycan bunu qəbul edə bilməz. Bu məsələlər Azərbaycan və Rusiya arasında həll olunmalıdır.
    Həmçinin, sülhməramlıların burada yerləşmə müddəti var. İndi rusların marağı və niyyəti qeyri-müəyyən müddətə, əgər bu alınmayacaqsa, ən azı 30 il Qarabağda qalmaqdır. Azərbaycan tərəfi də haqlı olaraq dirəniş göstərir və bununla razılaşmır.
    Eyni zamanda bölgədə xeyli məsələlər var ki, həllini tapmayıb. O cümlədən 10 noyabr anlaşmasının 3 maddəsi həyata keçirilməmiş qalıb. Azərbaycanın da bununla bağlı narazılığı var.
    Sızan məlumatlardan biri də odur ki, hazırda ermənilərin yaşadığı bölgədə yerli idarəetmə strukturlarında Azərbaycanın iştirak etməsi məsələsi var. Əlbəttə, bu, Rusiyadan asılı ola bilməz. Çünki bu, Azərbaycanın suverenliyi məsələsidir.
    Odur ki, ortada bizi narahat edən müəyyən məqamlar var. Görünür, bu mesajların Prezidentin köməkçisi tərəfindən verilməsi də dediklərimizin təsdiqidir. Xüsusilə də mövzu Rusiya olduqda cəmiyyət buna daha həssas yanaşır. Çünki Rusiyanın bölgədəki 250 illik varlığı və fəaliyyəti hər kəsə yaxşı məlumdur.

    - Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev də sülhməramlıların statusuna dair Moskva ilə Bakı arasında aparılan danışıqlar barədə maraqlı bir detal açıqlayıb. Deyib ki, söhbət Laçın dəhlizinə Azərbaycanın nəzarəti və beynəlxalq təşkilatların Azərbaycanın suveren ərazilərində fəaliyyətindən və bir sıra başqa məsələlərdən gedir...

    - Rusiya prosesi monopoliyaya almağa çalışır. Rusiyanın marağı indi ona yönəlib ki, burada yaranan status-kvo uzun müddət davam etsin və bu halda ruslara daim ehtiyac olsun. Moskva bu statusu kiminləsə bölüşmək istəmir. Baxmayaraq ki, ruslar bəzən Minsk Qrupunun digər üzvlərinin də prosesdə iştirakına tərəfdar olduqlarını bəyan edirlər.
    Aydındır ki, belə bəyanatlar səmimi deyil. Bu bəyanatların məqsədi bir növ təzyiqəri azaltmaq, Avropanın böyük ölkələrindən Rusiyaya qarşı sanksiyalara loyal münasibət göstərilməsinə nail olmaqdır. Rusiya təbii ki, özünü bölgənin ağası hesab edir və mövqelərini də heç kimlə bölüşmək istəmir. Bu baxımdan Şəfiyevin dediklərinin nə dərəcədə həqiqət oluğunu bilməsək də, onun keçmiş diplomat kimi məlumat almaq imkanlarının geniş olduğu şübhəsizdir.

    Azərbaycanın sözsüz ki, Laçın dəhlizinə nəzarətlə bağlı təbii haqqı və istəkləri var. Azərbaycan Laçın dəhlizinin təhlükəsizliyinə görə cavabdehlik daşıyır. Bu, 10 noyabr razılaşmasında qeyd edilib. Eləcə də məlum ərazidə qalan ermənilərin Azəraycan cəmiyyətinə inteqrasiyası və Azərbaycanın həmin ərazidəki idarəetmədə iştirakı məsələsi var. Təbii ki, bunlar gündəmdə olan məsələlərdir.

    - Sizcə, Rusiyanın sonuncu qeyd etdiyiniz məsələlərə münasibəti necə olacaq? 

    - Əlbəttə, Rusiya çalışacaq ki, öz məqsədlərini və istəklərini həyata keçirsin. Həm də Rusiyanın buna razı olub-olmayacağından asılı olmayaraq, Azərbaycan öz mövqeyində qəti şəkildə dayanmalıdır. Bu işdə, yəni Azərbaycana qarşı olan təzyiqlərlə bağlı hesab edirəm ki, dövlət, cəmiyyət, fərd olaraq hamımız bir yerdə olmalı, bu təzyiqlərə qarşı birgə dayanmalıyıq.
    Açığı, Azərbaycan cəmiyyətinin istəyi bundan ibarətdir ki, bölgədə yerləşdirilən Rusiya hərbi kontingenti azı üçtərəfli razılaşmada göstərilən birinci müddət bitən kimi çıxıb getsin.
    Bizim istəyimiz budur, amma Rusiyanın da məqsədi odur ki, bölgədə qeyri-müəyyən vəziyyət qalsın.
    Bu səbəbdən də son bir ayda Rusiya tərəfinin “Dağlıq Qarabağ Respublikası”, “Dağlıq Qarabağ özünü müdafiə qüvvələri” kimi ifadələr işlətməsi təzyiq elementləri kimi qiymətləndirilə bilər.

    - Bəs, rəsmi Bakı bu təzyiqlərə nə dərəcədə ciddi müqavimət göstərir?

    - Əgər indi müzakirə etdiyimiz sənəd 10 ay ərzində imzalanmayıbsa, deməli, Azərbaycan ciddi şəkildə müqavimət göstərir. Məhz bu amilə görə deyirəm ki, belə məsələlərdə siyasi düşüncəsindən asılı olmayaraq bütövlükdə cəmiyyət dövlətlə birlikdə olmalıdır. Hesab edirəm ki, müqavimətimiz gücləndikcə, hər şey düşündüyümüz kimi də olacaq. Yəni heç bir halda məğlub və darmadağın edilmiş işğalçı Ermənistan gəlib bizimlə eyni sırada dura bilməz.

    - İlkin açıqlamalardan belə aydın olur ki, danışıqlar Azərbaycan və Rusiya arasında aparılır. 10 noyabr sazişində Ermənistanın da imzasının olduğunu nəzərə alsaq, indi belə çıxır ki, İrəvan sülhməramlıların statusuna dair danışıqlardan kənarda saxlanılıb...

    - Əslində yayılan ilkin variant belə idi ki, sülhməramlı kontingentin fəaliyyəti ilə bağlı məsələlərdə hansısa sənəd üç dövlətin iştirakı ilə qəbul edilməlidir. Lakin Azərbaycan Ermənistanın bu müzakirələrdə iştirakını nəyə görə qəbul etməlidir? Ermənistan hansı əsas və hüquqla bu danışıqlarda iştirak etməlidir?
    Ermənistan işğalçı dövlətdir və BMT qətnamələri əsasında biz işğalçını ərazimizdən vurub çıxarmışıq, ərazi bütövlüyümüzü əsasən təmin etmişik. Bundan sonra bizim işimiz Rusiya ilə bu məsələni hansısa formada yoluna qoymaqdır. Söhbət Rusiya ilə münasibətləri gərginləşdirməkdən getmir.

    Sadəcə olaraq, Azərbaycan Rusiyanın maraqlarına hörmətlə yanaşıb, ona maneçilik törətmədiyi kimi, Rusiya da bizə qarşı eyni şeyi etməlidir. Əgər Azərbaycanı özünün müttəfiqi və ya əhəmiyyətli tərəfdaşı sayırsa, zəhmət çəkib bizim maraqlarımızın böyük hissəsini qəbul etməlidir.

    - Son günlər Azərbaycan və Türkiyə hərbçilərinin ortaq hərbi təlimlərinin sıxlaşdığını müşahidə edirik. Bu amili Rusiya özünə qarşı əlavə təzyiq vasitəsi saya bilərmi?

    - Məncə, hər şeyi təzyiq və təhdid kimi qavramamalıyıq. Əvvəla, ondan başlayım ki, vaxtaşırı “türk hərbçiləri buranı tərk etdi” kimi fikirlər yayılsa da, əslində bunlar əsassız və boş iddialardır. Bu cür fikirlərə ən yaxşı cavab 15 iyunda Şuşada imzalanan Şuşa Bəyannaməsidir. Ondan sonrakı dövrdə birgə təlimlər oldu.
    Bu günlərdə isə Laçında Azərbaycan və Türkiyə xüsusi təyinatlı qüvvələrinin birgə təlimləri keçirilir. Bu, əhəmiyyətli hadisədir. O cümlədən Azərbaycan hərbi qüvvələrinin pilotları Konyada türk pilotlarla birgə təlim keçiblər.

    Daha önəmlisi isə odur ki, təxminən bir ay əvvəl Türkiyədə Ali Hərbi Şura illik toplantısını keçirdi. Qeyd edim ki, bu toplantıda əsasən hərbi sistemdə dəyişikliklər, rütbələrin verilməsi, mütəxəssislərin irəli çəkilməsi və hərbi sahəyə aid digər məsələlər diqqətə alınır. Azərbaycan cəmiyyəti bilməlidir ki, Ali Hərbi Şuranın qərarı ilə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı xidmət qrupu kontingentinə təyinatlar olub və rəsmi şəkildə Azərbaycana dörd general göndərilib.
    Bu, Türk Silahlı Qüvvələrinin Azərbaycanla əməkdaşlığa nə dərəcədə böyük əhəmiyyət verdiyinə işarədir. Artıq buradakı komanda heyətinin təmsilçilərinin sayı artırılıb. Bu mənada Türkiyə və Azərbaycan arasında hansısa anlaşılmazlıqların olması, zənnimcə, dezinformasiya xarakterli məlumatlardır.
    Təbii ki, qeyd etdiklərim çox önəmli məsələlərdir. Ancaq bütün bunlar həm də mesaj xarakteri daşıyır ki, Azərbaycan tək deyil, onun hərbi müttəfiqi var, Şuşa Bəyannaməsinə hər iki tərəf sadiqdir və s. Onu da bildirim ki, bu yaxınlarda “Üç qardaş” adlı hərbi təlimin keçirilməsi nəzərdə tutulub.
    Bu, Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının birgə təlimləridir. Özü də bunlar məhz Laçın və Kəlbəcər kimi çətin relyefə malik ərazilərdə keçirilən təlimlər olacaq. Bu baxımdan Azərbaycan haqlı olaraq öz hərbi gücünü artırmaqda davam edir və belə də olmalıdır.

    O cümlədən düşünürəm ki, Azərbaycan Hərbi Doktrinasından irəli gələn müdafiəyə yönəlik strategiyadan çıxmalı, yeni anlayışlar qəbul edilməlidir. Bizim bundan sonrakı davranışlarımız bizə qarşı olan təhdidlərin önlənməsi olmalıdır. Biz, artıq önləyici tədbirlər görməliyik. Necə ki, Rusiya, Türkiyə, Amerika, İsrail və digər böyük dövlətlər özlərinə təhdid görən kimi qabaqlayıcı tədbirlər görərək onu aradan qaldırırlar. Biz də bundan sonra o cür davranmalıyıq.
    Yeri gəlmişkən, dövlət başçısı Kəlbəcərdə açıq bildirdi ki, əgər düşmən revanşist hərəkətlərə cəhd edəcəksə, biz önləyici tədbirlər görəcəyik. Hesab edirəm ki, bu, çox əhəmiyyətli vurğu idi. Bu cür də olmalıdır. Qənaətimcə, bizim Hərbi Doktrinamız da bu tezislərə uyğunlaşdırılmalıdır.

    - Yəni Azərbaycan hərbi, siyasi və diplomatik sahədə hücum taktikasını əsas götürməlidir...

    - Şübhəsiz. Əgər biz düşmənə qalib gəlmişiksə, torpaqlarımızın əhəmiyyətli hissəsini azad etmişiksə, bizim davranışlarımız da qalib tərəfin davranışları olmalıdır. Axı həm də haqq, ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Bu baxımdan həm diplomatiya, həm də informasiya sahəsində hücumda olmalıyıq. O cümlədən hərbi təhlükə və təhdid olacaqsa, önləyici tədbir görməliyik. 

    Rasim Əliyev

    Oxunub: 596
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.