Azərbaycanda ölüm halları artıb:
2020-ci ildə 75647 nəfər dünyasını dəyişib - RƏSMİ
Bunu Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Suleymanov bildirib.
Şöbə müdirinin sözlərinə görə, ötən illə müqayisədə bu ilin I yarısında 6031 ölüm halı çoxdur:
“Belə ki, 2020-ci ilin I yarısında Azərbaycanda 31 016 nəfər dünyasını dəyişib. 2019-cu ilin I yarısında isə ölənlərin sayı 28745 nəfər təşkil edib”.
Əvvəlki iki ilin müqayisəsi göstərir ki, pandemiya elan olunandan ölkəmizdə 6 ayda 8302 nəfər daha çox ölüb.
Son 5 ildə isə ümumilikdə Azərbaycanda 357 267 nəfər vəfat edib. Belə ki, 2015-ci ildə 54697 nəfər, 2016-cı ildə 56648 nəfər, 2017-ci ildə 57109 nəfər, 2018-ci ildə 57250 nəfər, 2019-cu ildə ölkədə ümumilikdə 55916, 2020-ci ildə isə 75647 nəfər dünyasını dəyişib.
COVID-19 infeksiyasının ilk qeydə alındığı 28 fevral 2020-ci ildən 1 yanvar 2021-ci il tarixinə qədər Azərbaycanda koronavirusdan ölənlərin sayı 2670 nəfər olub. 1 yanvar 2021-ci ildən 9 sentyabr 2021-ci ilə qədər isə bu virusdan dünyasını dəyişənlər 3289 nəfərdir. Ümumilikdə COVID-19 qurbanlarının sayı 5959 nəfərdir.
Əvvəlki illər ərzində azərbaycan vətəndaşları əsasən infeksion və parazitar xəstəliklərdən, yenitörəmələrdən (şiş xəstəliklərindən), qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntulardan, endokrin sisteminin xəstəliklərindən, qidalanma və maddələr mübadiləsi pozuntularından, qan-damar, sinir sistemi və tənəffüs orqanlarının xəstəliklərindən dünyasını dəyişib./modern